Premyer Liqa: “Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib
Bakı, 10 noyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasında XI turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Aston Villa”nı 2:0, “Mançester Yunayted” isə “Lester”i 3:0 hesabı ilə üstələyib.
Digər oyunlarda “Tottenhem” “İpsviç”ə 1:2 hesabı ilə uduzub, “Nyukasl” isə “Nottinqem Forest”ə 3:1 hesabı ilə qalib gəlib.
Nəticələrdən sonra “Liverpul” 28 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 23 xalla 2-ci, “Nottinqem Forest” isə 19 xalla 3-cü yerdə qərarlaşıb.
Yeddiqat Fransa çempionu "Lyon" aşağı liqaya salınıb
Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubuna transfer olunub
“Neftçi” legioner futbolçusu ilə vidalaşıb
Azərbaycan gələn il bədii gimnastika üzrə Avropa Kubokuna ev sahibliyi edəcək
Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxa bilər