MN: Hərbi qulluqçumuz piyadaəleyhinə minaya düşərək xəsarət alıb
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyadaəleyhinə minaya düşərək xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
Bakıda NATO-nun təlim kursu keçirilib
Əlahiddə Ümumqoşun orduda komanda-qərargah təlimi keçirilib
NATO-nun nümayəndə heyəti təhsil müəssisələri və hərbi hissədə olub
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə hərbi təhsil sahəsində müzakirə aparılıb
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edilib