Şimali Makedoniyanın Prezidenti Azərbaycana gəlib
Bakı, 10 noyabr , AZƏRTAC
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri İspaniya Krallığı Senatının sədri ilə görüşüb
Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib