Gürcüstanın Baş naziri COP29-da iştirak edəcək
Tbilisi, 10 noyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə nümayəndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Hökumət Administrasiyasından məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində İrakli Kobaxidzenin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.
Azərbaycana səfərdə İrakli Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Hökumət Administrasiyanın rəhbəri Livan Jorjoliani müşayiət edəcəklər.