Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir
Bakı, 10 noyabr, AZƏRTAC
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir
Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO