Faktiki hava: Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib
Bakı, 10 noyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb.
Xidmətin AZƏRTAC-a verdiyi məlumata görə, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 millimetrədək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Türkiyəli ekspert: ECO-nun Xankəndi Zirvə görüşü regionda həmrəylik ruhunu gücləndirib
Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 mindən çox şəxsə xidmət göstərilib