Mingəçevirdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər gücləndirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
David Seliverstov: Albert Aqarunovun ruhu şaddır, çünki Azərbaycan artıq bütövdür