Göyçayda ölümlə nəticələn qəza baş verib
Göyçay, 10 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib
Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub