Misli Premyer Liqası: “Turan Tovuz” səfərdə xal itirib
Bakı, 9 noyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında "Səbail" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran Tovuz təmsilçisi ikinci, Bakı klubu isə 7 xalla doqquzuncu pillədə qərarlaşıb.
Turun ilk qarşılaşmasında "Neftçi" "Şamaxı" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turun digər oyunları noyabrın 9-10-da təşkil olunacaq.
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq
Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək
Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib
Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik