Azərbaycanın müdafiə naziri qazaxıstanlı həmkarına başsağlığı verib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: "Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.
Bakıda NATO-nun təlim kursu keçirilib
Əlahiddə Ümumqoşun orduda komanda-qərargah təlimi keçirilib
NATO-nun nümayəndə heyəti təhsil müəssisələri və hərbi hissədə olub
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə hərbi təhsil sahəsində müzakirə aparılıb
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edilib