Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur
Astana, 9 noyabr, AZƏRTAC
Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.
Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim ediləcək.
Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.
Tədbir noyabrın 11-dək davam edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Beynəlxalq Zakura festivalının direktoru: Azərbaycan filminin müsabiqədə iştirakı bizi sevindirir
Musiqi mədəniyyətimizdə parlaq imza – Elmira Səfərova - 90
Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib
YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub