SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə audit olunmuş fəaliyyət nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2025-ci il üzrə büdcə proqnozları və ƏSG hədəfləri müzakirə edilib.
Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.
“Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub
Dünya birjalarında neft ucuzlaşıb
Nazirlikdə peşə bayramı ilə əlaqədar tədbir keçirilib
Nigar Arpadarai: Qadınların ölkəmizdə hər bir sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir