Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir
Gəncə, 8 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə 8 noyabr - Zəfər Günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev meydanında əsl bayram ab-havası yaşanır. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsert proqramını Vətən müharibəsi qaziləri, şəhər sakini böyük coşqu ilə izləyirlər. Yerli incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda musiqilər alqışlarla qarşılanır. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub
Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb
Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub
Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür
Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub