8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilib YENİLƏNİB
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.
Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.
Biz Azərbaycan xalqı olaraq bu tarixi qələbənin şahidi olduq. Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Bu əlamətdar gün xalqımızın birlik, şərəf və qürur bayramıdır. Azərbaycan xalqı tariximizə qızıl hərflərlə yazılmış bu günü bayram coşqusu ilə qeyd edib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görülüb
Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib
Rəşid Behbudovun xatirəsi yad edilib
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Kukla Teatrı Yeni ili "Şaxta baba haradadır?” tamaşası ilə qarşılayacaq