×
A
A
A
Sazlamalar

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri: Qarabağ Azərbaycandır!

Ankara, 8 noyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycanı Zəfərin dördüncü ildönümü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, ŞKTC diplomatiyasının rəhbərinin sosial şəbəkələrdə paylaşdığı təbrikində Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsi yüksək qiymətləndirilir.
Ərtoğruloğlu Vətənin müdafiəsi uğrunda canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, 44 günlük müharibənin qazilərinə minnətdarlığını bildirib.
ŞKTC xarici işlər nazirinin paylaşımı “Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatır.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2024-11-08 17:18:00