İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib VİDEO
İsmayıllı, 8 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanıb. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzində əl işləri, foto və rəsmlərdən ibarət “Zəfər sərgisi” ilə tanışlıq olub.
Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin tərkib hissəsidir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən yeni reallıqlara uyğun şəkildə layiqincə davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bu siyasət sayəsində beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.
Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə davam edib.
Ağstafada yanğın baş verib, xəsarət alan var
IV Şəki Beynəlxalq Teatr Festivalında “Eşq vadisi” nümayiş olunub
Sabah Culfanın bir sıra kəndlərində qazın verilişində fasilələr yaranacaq
Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşların müraciətlərini dinləyəcək