® “Azercell Cup 2024” qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
“Azercell Cup 2024” proqramlaşdırma müsabiqəsinin qalibləri üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri başlayıb. İnformatika üzrə biliklərinin gücləndirilməsi məqsədilə ümumtəhsil müəssisələrinin 6-cı və 7-ci sinif şagirdləri hazırlıq proqramına cəlb olunublar.
Onlayn formatda keçirilən dərslər informatika sahəsində xüsusi istedadlı şagirdlərin müəyyənləşdirilməsinə yönəlib. Proqram məktəblilərimizin növbəti olimpiadalarda ölkəmizi uğurla təmsil etmələri üçün lazımi biliklərin təqdim olunması məqsədini daşıyır.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi uğurla həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə keçirilən proqramlaşdırma olimpiadalarında ümumilikdə 80 medal qazanıb.
Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub
Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Kazinolar ölkəmizə nə vəd edir? VİDEO
DVX rəisi BVF nümayəndəsinə vergi sahəsində görülmüş işlər barədə məlumat verib