×
A
A
A
Sazlamalar

Lənkəranda Şəhidlər Xatirə Abidə-Kompleksi ziyarət olunub

Lənkəran, 8 noyabr, İlkin Adıyev, AZƏRTAC

Noyabrın 8-də respublikanın bütün ərazilərində olduğu kimi, Zəfər Günü Lənkəranda da böyük coşqu ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Sonra Lənkəran Dövlət Dram Teatrında “Şəhid Bayrağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşada Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərimiz qəhrəmanlıq dastanı kimi təqdim olunur və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əks edilir.
Qeyd edək ki, Zəfər Günü münasibətilə Lənkəranda da silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar, müsabiqələr, sərgilər, fləş-moblar keçirilib.
Axşam saatlarında Heydər Əliyev Xatirə Parkında açıq havada tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.

 

Regionlar 2024-11-08 12:41:00