Bakıdakı Rus evində Milli Birlik Gününə həsr edilmiş konsert olub
Bakı, 8 noyabr, AZƏRTAC
Bakıdakı Rus evində Milli Birlik Gününə həsr olunmuş estrada musiqisi konserti keçirilib. Tədbir Bakıdakı Rus evi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram gecəsinin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirakçılara təbriklərini çatdırıb.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alena İnyakina xalqın birliyik və həmrəyliyinin təcəssümü kimi bu bayramın tarixindən bəhs edib.
Konsert proqramı tamaşaçılara keçmişin və indinin rus, Azərbaycan və dünya klassiklərinin sevimli hitləri, estrada musiqisi ilə görüşdən unudulmaz hisslər bəxş edib.
Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görülüb
Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib
Rəşid Behbudovun xatirəsi yad edilib
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Kukla Teatrı Yeni ili "Şaxta baba haradadır?” tamaşası ilə qarşılayacaq