Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib
Bakı, 8 noyabr, AZƏRTAC
Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, İstanbul klubu Niderlandda "AZ Alkmaar"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların yeganə qolunu 70-ci dəqiqədə Yussef En-Nesiri vurub. Hücumçu qoldan 8 dəqiqə öncə isə penaltini dəqiq yerinə yetirə bilməyib.
Gecənin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Avropa Liqası
Liqa mərhələsi, IV tur
8 noyabr
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrai) - 5:0
00:00. "AZ Alkmaar" (Niderland) – "Fənərbağça" (Türkiyə) - 3:1
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan) - 0:4
00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa) - 1:1.
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya) - 2:1
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan) - 2:0
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya) - 2:1
00:00. RFS (Latviya) – "Anderlext" (Belçika) - 0:1.
KDÇ: PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb
Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb
“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş
"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib