Ağcabədidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
Ağcabədi, 8 noyabr, AZƏRTAC
Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbi Zəfər Günü münasibətilə konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədən, hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub. Müəllimlərdən ibarət ansamblının müşayiəti ilə səs və piano şöbələrinin şagirdləri müxtəlif musiqi nömrələri təqdim ediblər. Xoreoqrafiya şöbəsinin şagirdlərinin rəqsləri maraqla qarşılanıb. Əslən Şuşadan olan Məcid Məmmədov şeir söyləyib, saz ifa edib. Konsert proqramı “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Sumqayıtda aksiya: “Tullantıları tinglərə dəyiş”
Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb
Şimal-Qərb bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Ağ örpəyə bürünmüş Qubadan görüntülər FOTO
Qərbi azərbaycanlı: İnanıram ki, tarixi yurdumuza qayıdacağımız gün uzaqda deyil