Qurban Qurbanov: Zəfər Günündə bütün Azərbaycan bizdən qələbə gözləyirdi
Bakı, 8 noyabr, AZƏRTAC
“Futbolçularımı təbrik edirəm. İlk üç oyunda məğlubiyyət, uzaq yol, buradakı şərait oyunçularımızın üzərində təzyiq yaradırdı. Amma matçdan öncə söhbətimiz oldu ki, biz bacararıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin IV turunda Norveçdə "Budyo-Qlimt"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis matçın istənilən nəticəyə açıq olduğunu bildirib: "Məğlub ola bilərdik, amma buradan mübarizəsiz çıxa bilməzdik. Futbolçularımız meydandakı hərəkətləri ilə bunu bacardılar. Çox yaxşı komandaya qalib gəldik. Son illər Norveç futbolunun inkişaf etməsinin canlı şahidi olduq. Bəlkə də rəqib məğlubiyyətə layiq deyildi. Komandada məşqçi işi görünür, futbolçular çox yaxşı çıxış edirdilər. Onlara uğurlar arzulayıram".
O, 8 Noyabr - Zəfər Günündə qazanılan qələbənin önəmli olduğunu vurğulayıb: "Belə bir gündə bəlkə də bütün Azərbaycan oyunumuza baxır, bizdən qələbə gözləyirdi. Şükürlər olsun ki, Zəfər Günündə belə bir qalibiyyət əldə etdik. Xalqımızı təbrik edirəm. Həmçinin ABŞ-dan, Bostonda oyunumuzu izləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Məni duyğulandırdılar. Hətta məşqçilər heyəti üçün hədiyyə gətirmişdilər. Bu, bizim üçün çox dəyərlidir. Onlar bizim bütün səfər oyunlarımızda iştirak edirlər".
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib