Sumqayıt Tibb Mərkəzinin əməkdaşları 8 minə yaxın ağac əkib
Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdindəki tibb müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti də sağaldaq” devizi altında 8 minə yaxın ağac əkilib. Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2 nömrəli xəstəxananın ərazisində keçirilən növbəti belə ağacəkmə aksiyasında mərkəzin rəhbərliyi, o cümlədən tabeli tibb müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər.
Tibb müəssisələrinin yerləşdiyi ərazilərdə iqlim şəraitinə uyğun ağaclar və gül kolları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Sumqayıtda aksiya: “Tullantıları tinglərə dəyiş”
Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb
Şimal-Qərb bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Ağ örpəyə bürünmüş Qubadan görüntülər FOTO
Qərbi azərbaycanlı: İnanıram ki, tarixi yurdumuza qayıdacağımız gün uzaqda deyil