“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb
Bakı, 7 noyabr, AZƏRTAC
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.
Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib
Bu ilin birinci yarısında hərbi qulluqçularımız 14 beynəlxalq təlimdə iştirak ediblər