Mərkəzi Bank və IFC COP29-da Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabr ayının 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir təşkil edəcək.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Maliyyə, İnvestisiya və Ticarət Günündə keçiriləcək bu tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevriləcək.
Azərbaycan Mərkəzi Bankı COP29-a ev sahibliyi edən ölkənin mərkəzi bankı olaraq BMK tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi, Dayanıqlı Maliyyə Beynəlxalq Platforması, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə tərəfdaşlıqda “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”nin təşəbbüskarı kimi çıxış edib. Əlavə olaraq böyük məmnunluqla taksonomiyanın qarşılıqlı effektivliyinin artırılması üzrə həyata keçirilən layihədə fəal iştirak edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün də dəstəyini xüsusi vurğulayırıq.
Yol Xəritəsinin məqsədi dayanıqlı maliyyə çərçivələri ilə bağlı müxtəlif səyləri əlaqələndirmək, daha aydın, praktiki və mütəşəkkil fəaliyyətlər vasitəsilə onları operativləşdirməkdir.
Tədbir “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”ni elan etmək üçün yüksək səviyyəli platformaya çevriləcəkdir. Müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli inkişafı nəticəsində yaranan çağırışları və imkanları müzakirə etmək məqsədi daşıyan tədbir dayanıqlı maliyyəyə koordinasiya edilmiş qlobal yanaşmanı dəstəkləmək üçün maraqlı tərəflərin öhdəliklərini təsvir edəcək.
® “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spiker və moderatorları ilə görüş keçirilib
Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonuna qədər sabit qalacaq
“Bakı Taksi Xidməti”nin nəqliyyat vasitələrində POS-terminallar quraşdırılıb
Bakıda Türk Ticarət Mərkəzi açılıb VİDEO
“Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib