Kilian Mbappe Fransa millisinə dəvət almayıb
Bakı, 7 noyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunda çıxış edən futbolçu Kilian Mbappe Fransa millisindən kənarda qalıb.
AZƏRTAC xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında bu ay keçiriləcək oyunlar üçün açıqladığı siyahıda 26 yaşlı hücumçuya yer verməyib.
56 yaşlı mütəxəssis qərarını belə izah edib: “Özü ilə danışdıqdan sonra bu addımı atdım. Bu, müvəqqəti qərardır”.
Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının A Divizionunda İsrail və İtaliya yığmaları ilə qarşılaşacaq.
Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib
“Milan” Luka Modriçin transferini açıqlayıb
Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?
“İmişli”nin yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub
İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib