Cəbrayıl şəhərində əmək yarmarkası keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl şəhərində əmək yarmarkası təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 5 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 125 vakansiya təqdim olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra edilən aktiv məşğulluq proqramları barədə məlumatlar verilib, həmçinin özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib
Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub