Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazanıb YENİLƏNİB-6
Bakı, 7 noyabr, AZƏRTAC
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olub. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.
Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. "Qarabağ" bundan əvvəl keçirdiyi oyunlarda İngiltərə “Tottenhem”i ilə Niderland “Ayaks”ına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.
23:17
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın 69-cu dəqiqəsində Abdulla Zubir komandamızı önə keçirib.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
22:55
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın ilk yarısından sonra hesab bərabərdir - 1:1.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
22:38
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın fəsiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
22:27
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin həyətində Patrik Berq fərqlənib.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
22:10
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın 22-ci dəqiqəsində Ağdam klubunun heyətində Toral Bayramov hesabı açıb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.
21:45
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürüb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib