Azərbaycanı Avropa çempionatında 22 şahmatçı təmsil edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 8-də Monteneqronun Petrovaç şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq. Yarışda Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaqlar.
Qeyd edək ki, noyabrın 19-da yekunlaşacaq Avropa çempionatında ümumilikdə 42 ölkə təmsil olunur.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib