Azərbaycan voleybol millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Polşada keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çempionatda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komanda mübarizə aparacaq. B qrupunda yer alan yığmamızın rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, noyabrın 20-23-də təşkil olunacaq yarış “Avro-2025”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Superliqa: "Trabzonspor" xal itirib
İtaliya A Seriyası: "İnter" doğma meydanda üç xala sevinib