Rəsmi Vatikan Donald Trampın müharibələrə son qoyacağına ümidvardır
Vatikan, 7 noyabr, AZƏRTAC
Rəsmi Vatikan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın dünyadakı müharibələrə son qoyacağına və sabitlik elementi olacağına ümidvardır.
AZƏRTAC xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin deyib.
“İnanıram ki, Donald Tramp hər şeydən əvvəl bütün ölkənin prezidenti olmaq üçün çalışacaq və beləliklə, Birləşmiş Ştatlarda yaranmış qütbləşməni aradan qaldıracaq. Donald Trampa seçkilərdəki qələbəsinə görə uğurlar və çoxlu müdriklik arzulayırıq”, - deyə Pietro Parolin qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək
Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib
Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir