Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib
Bakı, 7 noyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada 4 futbolçu namizəddir. Bunlar İngiltərə “Liverpul”undan Luis Dias, Avstriya “Zaltsburq”undan Kərim Konate, Portuqaliya “Sportinq”indən Viktor Dyökereş və Şotlandiya “Seltik”indən Nikolas Herrit-Kündür.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq
Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub
UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb
Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib