Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın növbəti sınağı
Bakı, 7 noyabr, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında IV tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, azarkeşlər son oyun günündə 17 qarşılaşmaya şahidlik edəcəklər.
Türkiyə təmsilçisi "Qalatasaray" doğma meydanda İngiltərənin "Tottenhem" klubunu qəbul edəcək. İtaliyanın "Roma" komandası isə Belçikada yerli "Yunion" kollektivinin qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
UEFA Avropa Liqası
Əsas mərhələ, IV tur
7 noyabr
21:45. "Budyo-Qlimt" (Norveç) – "Qarabağ" (Azərbaycan)
21:45. FKSB (Rumıniya) – "Midtüllann" (Danimarka)
21:45. "Nitsa" (Fransa) – "Tvente" (Niderland)
21:45. "Yunion" (Belçika) – "Roma" (İtaliya)
21:45. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Slaviya" (Çexiya)
21:45. "Elfsborq" (İsveç) – "Braqa" (Portuqaliya)
21:45. "Ludoqorets" (Bolqarıstan) – "Atletik" (İspaniya)
21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə)
21:45. "Olimpiakos" (Yunanıstan) – "Reyncers" (Qlazqo, Şotlandiya)
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrail)
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya)
00:00. RFS (Latviya) – "Anderlext" (Belçika)
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Sosyedad" (İspaniya)
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan)
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan)
00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa)
00:00. “AZ Alkmar” (Niderland) – "Fənərbağça" (Türkiyə)
Qeyd edək ki, IV turun açılış oyununda “Beşiktaş” Türkiyədə İsveçin “Malmö” klubuna 2:1 hesabı ilə qalib gəlib.
İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib
Superliqa: "Trabzonspor" xal itirib