Avropa Liqası: "Beşiktaş" İsveç klubuna qalib gəlib
Bakı, 6 noyabr, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsində IV tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda İsveçin “Malmö” komandasını qəbul edib. Matç İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqasında IV turun digər oyunları noyabrın 7-də təşkil olunacaq.
İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib
Superliqa: "Trabzonspor" xal itirib