İsveç millisi Azərbaycanla oyuna itkilərlə çıxacaq
Bakı, 6 noyabr, AZƏRTAC
İsveç yığması UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan millisinə qarşı oyuna itkilərlə çıxacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, komandanın iki futbolçusu zədə səbəbindən matçı buraxacaq. Belçika təmsilçisi “Anderlext”də çıxış edən müdafiəçi Lüdviq Auqustinsson dizindən aldığı xəsarət, “Malmö”nün şərəfini qoruyan qapıçı Robin Olsen isə kəllə-beyin travması səbəbindən Azərbaycan seçməsi ilə görüşdə forma geyinməyəcək.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb
“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb
Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
Azərbaycan ultramarafonçusu dünya çempionatında iştirak edəcək