“Neftçi” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb
Bakı, 6 noyabr, AZƏRTAC
“Neftçi” basketbol komandası baş məşqçi Anar Sarıyevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, mütəxəssis 18 yaşadək oğlanlardan ibarət yığmanın baş məşqçisi və kişilərdən ibarət Azərbaycan milli komandasının köməkçi məşqçisi kimi işlərinin çoxluğunu əsas gətirərək, öz qərarı ilə postunu tərk edib. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Neftçi” ötən mövsüm Anar Sarıyevin rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub.
“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb
“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb
Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
Azərbaycan ultramarafonçusu dünya çempionatında iştirak edəcək