Bursada Zəfər Günü və Atatürkün Anım Günü ilə bağlı şahmat turniri keçirilib
İstanbul, 6 noyabr, Günel Karatepe, AZƏRTAC
8 Noyabr - Zəfər Günü və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anım Günü ilə bağlı Bursa şəhərində Beynəlxalq Dostluq Şahmat Turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” Dərnəyi (AZER DEDE) və Türkiyə Şahmat Federasiyasının Bursa şöbəsinin təşkilatçılığı, Bursanın Nilüfər Bələdiyyəsi, eləcə də Rayon Gənclik və İdman Müdirliyinin ev sahibliyi və dəstəyi ilə baş tutub.
Şəhərin Nilüfər Şahmat Evində keçirilən turnirdə şanlı zəfərimizin yaşandığı günlərə uyğun olaraq, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 44 şahmatçı yarışıb.
Turnirin açılış mərasimində Türkiyə Şahmat Federasiyasının Bursa vilayəti üzrə təmsilçisi Mehmet Durak son illər ölkənin müxtəlif sahələrində olduğu kimi, şahmatda da türklərin dünya miqyasında əldə etdikləri böyük nailiyyətlər haqqında danışıb, İkinci dəfə keçirilən bu turnirin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.
İştirakçılara şanlı Qarabağ Zəfəri və bu tarixi hadisənin Türk dünyası üçün əhəmiyyəti haqqında danışan “AZER DEDE” Dərnəyinin Sədri Hüseyn Vəliyev iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət” və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarını xatırladıb.
O, şahmatın insanların həyatındakı əhəmiyyəti və bu oyunun ictimaiyyət arasında daha da yayılmasının zəruriliyini vurğulayıb.
Turnirə bu idman növü üzrə bir çox rekorda imza atan, dünyada şahmat üzrə ən gənc “böyük usta” ünvanını qazanmış 13 yaşlı Yağız Kaan Erdoğmuş və Türkiyənin 15 yaşlı bir nömrəli şahmatçısı Ediz Gürel də qatılıb.
Dörd turdan ibarət turnirin sonunda bütün oyunçulara xatirə medalları, ölkələri təmsil edən komandaların kapitanlarına isə əlavə olaraq kuboklar təqdim edilib.
İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib
Superliqa: "Trabzonspor" xal itirib