Dünya çempionu olan Azərbaycan cüdoçusu: Nəticə istədiyim və gözlədiyim kimi alındı
Bakı, 6 noyabr, AZƏRTAC
“Dünya çempionu olmaq çox qürurverici və əvəzolunmaz hissdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın veteran cüdoçusu Mərdan Qədirli deyib.
M1 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa yaxşı hazırlıq keçdiyini bildirib: “Okeanın o biri tayından gəlib ölkəmizi layiqincə təmsil etdiyim üçün özümlə fəxr edirəm. Ümumilikdə 4 görüş keçirdim və hər birini təmiz qələbə ilə başa vurdum. Finalda yerli idmançı ilə üz-üzə gəldim. Çox ağır qarşılaşma oldu. Qızıl medalın bir addımlığında olduğum üçün üzərimdə gərginlik var idi. Amma özümə çox inanırdım. Çünki turnirə yaxşı hazırlaşmışdım. Şükürlər olsun ki, nəticə istədiyim və gözlədiyim kimi alındı. Bu medalı yaxınlarıma və 5 gündən sonra doğum günü olacaq oğluma həsr edirəm”.
Qeyd edək ki, daha əvvəl 90 kiloqramda Fərhad Rəcəbli (M8) qızıl medal qazanaraq 12 qat dünya çempionu olub. 100 kiloqram çəkidə İntiqam Ələkbərov (M3) isə bürünc mükafata sahib çıxıb. Mundiala noyabrın 7-də yekun vurulacaq.
“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb
“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb
Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
Azərbaycan ultramarafonçusu dünya çempionatında iştirak edəcək