Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycanın daha bir veteran cüdoçusu Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, M1 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən Mərdan Qədirli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
100 kiloqram çəkidə İntiqam Ələkbərov (M3) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl 90 kiloqramda Fərhad Rəcəbli (M8) qızıl medal qazanaraq 12 qat dünya çempionu olub. Mundiala noyabrın 7-də yekun vurulacaq.
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb
Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub