×
A
A
A
Sazlamalar

WWF Azərbaycan: Son 20-25 ildə görülmüş işlərin iqlim dəyişmələri ilə mübarizədə rolu hesablanır

Bakı, 5 noyabr, AZƏRTAC

“COP29 tədbirinin 2024-cü ildə ölkəmizdə keçirilməsi qarşımızda mühüm prioritetlər formalaşdırır. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq”.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisinin direktoru Elşad Əsgərov noyabrın 5-də COP 29-la bağlı jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında deyib.
E.Əsgərovun sözlərinə görə, WWF Bakıda keçirilən COP29-dan bir sıra mühüm nəticələr gözləyir. Bunlar 1,5°C-yə uyğun planlar təqdim etmək və iqlim dəyişikliyinin təsirlərini həll etmək üçün yeni qlobal maliyyə məqsədi haqqında saziş, ölkələrdən yeni maliyyə öhdəlikləri, xüsusən uyğunlaşma, itki və zərər və mövcud maliyyə öhdəliklərinin çatdırılması, Yeni Milli Qərarlılığa doğru nümayiş etdirilə bilən tərəqqi, istiləşməni 1,5°C-ə qədər məhdudlaşdıran, iqlim ədalətini təmin edən və qalıq yanacaqlardan sürətli və ədalətli keçid təmin edən töhfələr (NDC), əvvəlki qərarları həyata keçirmək və Qlobal Biomüxtəliflik Çərçivəsinə uyğunlaşmanı təşviq etmək üçün İqlim və Təbiət İş axınının yaradılması, G20 və BMİ kimi digər forumlardan iqlim dəyişikliyi ilə mübarizənin əsas qlobal prioritet olduğuna dair siyasi siqnallardır.
"WWF Azərbaycan"ın COP29 hazırlığı və gözləntilərinə nəzər salan E.Əsgərov son 20-25 ildə görülmüş işlərin iqlim dəyişmələri ilə mübarizədə və onun fəsadlarının aradan qaldırılmasında rolunun hesablandığını, ekspert qrupu olaraq bunun üzərində çalışdıqlarını qeyd edib: “Biz indiyə kimi gördüyümüz işlərin hansılarının iqlim dəyişmələrin yumşaldılmasına xeyri olduğunu öyrənirik. Həmçinin tədqiqatçılarımız növbəti 10 ilə dair proqnozları mövcud planlara baxaraq hesablayırlar. Biz gördüyümüz və görəcəyimiz işlər barədə məlumatı COP29-da təqdim edəcəyik”.
Tədbirdə, həmçinin WWF Azərbaycan ofisinin əməkdaşları - layihə koordinatorları Könül Əhmədova, Zeynəb Seyidova, COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov, iqlim dəyişmələri üzrə ekspert Elana Əlizadə WWF təşkilatının missiyası olan insanların təbiətlə harmoniyada yaşadığı gələcəyin qurulmasına nail olmaq üçün biomüxtəlifliyin qorunması, bərpaolunan təbii resurslardan istifadənin davamlı olmasını təmin etmək və çirklənmənin azaldılmasını təşviq etməklə yerin təbii mühitinin deqradasiyasını dayandırılması istiqamətində gördüyü işlərdən bəhs ediblər.

Cəmiyyət 2024-11-05 22:10:00