×
A
A
A
Sazlamalar

Olimpiya çempionunun medalı əlindən alına bilər

Bakı, 5 noyabr, AZƏRTAC

“Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olmuş əlcəzairli qadın boksçu İman Xəlifin qızıl medalı əlindən alına bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı idmançıda kişi hormonlarının aşkarlanmasıdır. Bu, artıq tibbi analizlərlə də təsdiqlənib.
Belə olan halda Xəlifin qızıl medaldan məhrum edilməsi məsələsi gündəmə gəlib. Yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.
Qeyd edək ki, İman Xəlif 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

İdman 2024-11-05 14:51:00