Tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir
Bakı, 5 noyabr, AZƏRTAC
Hazırda tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması çox mühüm əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a müsahibəsində Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd Məhəmməd Əlcərvan Əlşəmsi deyib.
Dünya dini liderlərinin qlobal Bakı Sammiti kimi mühüm tədbirin təşkil olunmasına görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına öz minnətdarlığını bildirən Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti əlavə edib: “COP29-un Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Biz dünyada baş verən münaqişələri dəstəkləmirik, əksinə hər kəsi müharibələrin dayandırılmasına çağırırıq. Dünyada sabitliyin qorunub saxlanılması çox vacibdir. İnsanların təmiz ətraf mühitə və sülhə ehtiyacı var”.