BANM-də İqlim Dəyişiklikləri və Enerji Hüququ üzrə Beynəlxalq Konfrans keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) İqlim Dəyişiklikləri və Enerji Hüququ üzrə Beynəlxalq Konfransı keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Elmar Qasımov COP29 ərəfəsində keçirilən tədbirin önəmini qeyd edib, ekoloji problemlərin qlobal səviyyədə artan təsirini vurğulayıb. Rektor tələbələri təbiətin qorunması və davamlı inkişaf üçün daha məsuliyyətli olmağa çağırıb.
Daha sonra “EY Azerbaijan”, “PwC Azerbaijan”, eləcə də “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nümayəndələri təqdimat ediblər.
Sonda iştirakçılara sertifikatlar verilib.
Tədbirdə COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova iştirak ediblər.
Beynəlxalq konfrans ELSA Azərbaycanın təşkilatçılığı ilə keçirilib.
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
AMEA-da türkoloq Cavad Heyətin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub