Türk mütəxəssis ADAU tələbələri üçün seminar keçib
Gəncə, 5 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün Daxili xəstəliklər üzrə mütəxəssis, uzman həkim Denizhan Bilim seminar keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova baytarlıq təhsili alan tələbələr üçün xəstəliklərin öyrənilməsi və diaqnostika bacarıqlarının inkişafında praktik təcrübənin əvəzolunmaz olduğunu vurğulayıb.
Seminarda Denizhan Bilim pişiklər və itlərdə zoonoz xəstəliklər və bu xəstəliklərin insanlar üçün potensial təhlükələri barədə danışıb. Həmçinin "Pişik və itlərdə hemogram və biokimyəvi analizlərin şərhi" mövzusu ilə bağlı ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
“Fundamental Astronomiya” kitabının təqdimatı olub
ADU-nun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib
Filosof alimin “Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyası çapdan çıxıb