Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan tolerantlığın məkanıdır. Burada belə bir körpü qurulması gözəl nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 5-də COP29 çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgə Yaşayış Nazirliyinin Baş direktoru Afra Əl Sabri deyib.
Sammitin mövzusunun vacibliyinə toxunan Afra Əl Sabri əlavə edib: “Biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Çətinliklər var, amma bizim ümidimiz də var. Ümidlərimiz ümumi məqsədlər üçün bir araya gələndə daha da güclənir. Planetimizi qorumaq üçün mütləq həll yollarını tapmalıyıq. COP29-da biz təkcə iqlim dəyişikliyi haqqında düşünməməliyik, onu hiss etməliyik. Bu, bizim ürəyimizdən gələn arzu olmalıdır. İnanıram ki, birlikdə fərq yarada, yeni nəsillərimizə ümid işığı bəxş edə bilərik. Birlikdə bu dünyanı yaşamaq üçün daha yaxşı bir yerə çevirəcəyik”.
Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edib
Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 139-cu kitabı çapdan çıxıb