“Mançester Siti”nin əsas hücumçusu məşq zamanı zədələnib
Bakı, 5 noyabr, AZƏRTAC
İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Erlinq Holann zədələnib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu Çempionlar Liqasının IV turunda "Sportinq"lə (Portuqaliya) keçiriləcək oyunöncəsi məşq prosesində sağ ayağından xəsarət alıb.
24 yaşlı forvardın həmin matçda oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, "Sportinq" - "Mançester Siti" oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib