Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar
Bakı, 5 noyabr, AZƏRTAC
Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2018-ci il 10 avqust tarixli protokola uyğun olaraq iki tələbə 2024-2025-ci tədris ili üzrə Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr bu ölkənin Tacik Milli Universitetində və Xücənd Dövlət Universitetində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar və sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Pedaqoji Universitetdə II Təhsil Menecerləri Forumu keçirilib
Məktəb-liseyin 95 illik yubileyi qeyd olunub
Batumidə yaşayan soydaşlarımızın uşaqları Azərbaycan dili və tarixini öyrənirlər
ADAU-da “Universitet Günü” qeyd olunub
Nazir: İdarəetmə ilə bağlı məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyət düzgün dəyərləndirilməlidir