WWF-in Azərbaycan ofisi Bəsitçay qoruğunda aparılan monitorinq işlərinə dəstək verir
Bakı, 5 noyabr, AZƏRTAC
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılan monitorinq işlərinə dəstək verir.
AZƏRTAC xəbər verir ki, bunu WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov COP29-la bağlı keçirilən mətbuat konfransında deyib.
"Bəsitçay qoruğu "Xan çinarı" adlandırılan şərq çinarı ağaclarının təbii halda yayıldığı bir ərazidir. İşğal dövründə qoruğun ərazisindəki meşənin bir hissəsi məhv edilib, yandırılıb. Hazırda ərazidə müşahidə kameralarımız var. Bununla həmin xüsusi mühafizə olunan təbiət ərazisinin biomüxtəlifliyini, heyvanat aləmini öyrənirik. Bir sözlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinq işlərinə texniki olaraq dəstək veririk", - deyə E.Əsgərov bildirib.
Gəncəyə uçan Rusiya vətəndaşı Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub
Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub