Donald Tramp Ukraynadakı müharibəyə son qoyacağını vəd edib
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ prezidenti postuna Respublikaçılar partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağını və üçüncü dünya müharibəsinə yol verməyəcəyini bir daha bəyan edib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Miçiqandakı tərəfdarları qarşısında çıxışı zamanı deyib. Tədbir mühafizəkar media şirkəti RSBN tərəfindən yayımlanıb.
Bütün dünya oyunçularını tanıdığını iddia edən Donald Tramp, həmçinin seçkilərdə qələbə qazanacağı təqdirdə Yaxın Şərqdəki xaosu dayandıracağını bildirib.
Respublikaçı namizəd seçki kampaniyası zamanı Ukrayna-Rusiya müharibəsini andiçmə mərasiminədək həll edəcəyini dəfələrlə vurğulasa da, sülh planının təfərrüatlarını açıqlamaqdan yayınıb.
Parisdə qəzəbli fermerlər aksiya keçiriblər
Sergey Lavrov: KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur
İstanbulda yeni dünya nizamında İslam aləminin çağdaş problemləri müzakirə olunacaq
Fransada yoxsulluq, sosial qeyri-bərabərsizlik getdikcə dərinləşir
NBC: Donald Trampın komandası miqrantları deportasiya edəcək ölkələrin siyahısını hazırlayır