“Cəhənnəm sakinləri” Şəki Dövlət Dram Teatrında nümayiş olunacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli və digər aktyorlar ifa edir.
Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
Şəfəq Məmmədova: Artıq qlobal səviyyəyə çıxan blogerlərimiz var
Milli teatr sənətimizin yorulmaz əsgəri
“Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq